Ana torpaq
Ana torpaq, açılanda baharın, Bürünürsən yaşıla sən, göyə sən. Ucalırıq dağlarına baxanda Könlümüzü qaldırırsan göyə sən. Tütək səsi daşları da dindirir, Qarışırsan nəğməyə sən, neyə sən. Payız gəldi bir qaydadı, sən gərək Ağacların budağını əyəsən. Bağ-bostanın mürgüləyə, sozala, Yetişəsən, qızarasan, dəyəsən. Səxavət də, məhəbbət də səndədir, Hər fəsildə bir sərvətə yiyəsən. Baharda da, payızda da, qışda da, Səni görüm toy paltarı geyəsən!