Ana laylası
Hardan aldın bu sehri, Bilim, ana laylası! Sənsiz açılardımı, Dilim, ana laylası?!
Bax könlümün halına, Düşüb xəyal dalına, Bu yaşımda çalına, Həlim ana laylası!
Baxmır amana, aha, Zaman baş əymir şaha, Yox, sənə çatmaz daha, Əlim, ana laylası!
Gül çəmənsiz olmasın, Sünbül dənsiz olmasın, Bir gün sənsiz olmasın, Elim, ana laylası!