Ana
Nə zamandı vaxt əlindən gileyliyəm, Can atıram, bir yanına gəlim, ana. Nə zamandı səbrim çatır həsrətinə, Neyləyim ki, sənə çatmır əlim, ana.
Yollarıma bürkü düşür, sazaq olur, Səfərim də yaxın olur, uzaq olur. Gah duru göl, gah çağlayan bulaq olur, Gah görürsən baş aparır selim, ana.
1976, 27 noyabr