Əsas məzmuna keç

Qoşma

Amanatı

Zəlimxan Yaqub

1

Gedirəm, a dağlar, salamat qalın, Dönüm başınıza, yar amanatı. Odur dövlətim də, odur varım da, Dövlət amanatı, var amanatı.

Titrəşən çiçəklər, yatan dumanlar, Şairtək dərdimi deməmiş anlar. Bilər nə deməkdi təptəzə canlar, Vicdan, namus, qeyrət, ar amanatı.

Qayalı bulaqlar, göz kimi dolun, İsladın otunu yar gələn yolun. Zəlimxan nə desin, göz-qulaq olun, Qoynunda bəslənən nar amanatı.

1972, 23 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.