Əsas məzmuna keç

Qoşma

Aman hey

Məxdumqulu Fəraqi

1

Hədisdən, ravidən bir söz söyləyim, Heyhat gündən, zülmət gündən aman hey. Tanrı qullarını agah eyləyim, Heyhat gündən, zülmət gündən aman hey.

Əlif and içəndə bir dev gələrmiş, Adı Dəccal, özü kafir olarmış, Sağından, solundan dörd dağ yürürmiş, Heyhat gündən, zülmət gündən aman hey.

«Mən tanrıyam» deyib salar dalaşı, Bir ər onun ilə eylər savaşı, Dörd şəhrə qaçarmış islam qardaşı, Heyhat gündən, zülmət gündən aman hey.

Canlar asar mərkəbinin boynuna, Müsəlmanlar gəlməz onun oynuna, Kafirlər haqq bilıb girər dininə, Heyhat gündən, zülmət gündən aman hey.

Dəccal xəlqə vurar, Kəbə çevrilər, Buludlar çarpışıb, tufan qurular, Teyrin Əbabildən kafir qırılar, Heyhat gündən, zülmət gündən aman hey.

İsa sahibzaman gələr ol dəmdə, Adil kişi vəzir olar ol gündə, Tutaraq Dəccalı vurarlar onda, Heyhat gündən, zülmət gündən aman hey.

Üç mərtəbə boyda Xərdəccal qatı, Qovub yetə bilməz Mehdinin atı, Ol gün götürülər Quranın xətti, Heyhat gündən, zülmət gündən aman hey.

Ol ünü eşidib yəcuc qırx ildən, Qaf dağını deşib gələr bir yerdən,

Udar, heç nə qoymaz fani dünyadan, Heyhat gündən, zülmət gündən aman hey.

Məxdumqulu deyər sözün kəsəsin, Haqdan özgə heç kim bilməz çarəsin, Yəcuc sonun görər məhşər qovğasın, Heyhat gündən, zülmət gündən aman hey.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.