Allahların davası
Allah baxır yuxarıdan, Bəndə baxır aşağıdan. Min illərdi azad olmur, Su zəhərdən, aş ağıdan.
Allah baxır bəndələrə, Bəndələr Allaha baxmır. Dünən bir az baxan vardı, Bu gün dönüb daha baxmır.
Bu gün kimi dindirirsən, Öz-özümə şaham deyir. Göydə unudub Allahı, Mən özüm Allaham deyir.
Odumuz da, havamız da, Suyumuz da zəhərlənib. Yasımız da çirkab olub, Toyumuz da zəhərlənib.
Bu gün hər bir kəsin başı, Bir vəzifə havasında. Allah özü yaddan çıxıb, Allahların davasında.