Əsas məzmuna keç

Heca şeiri

Allahın sözünü sevənlər yazır

Zəlimxan Yaqub

1

İlahi hər kəsə bir nemət verir, Kimi qələmdədi, kimi fırçada. İnsana nə versə təbiət verir, Şair sözdə qalır, rəssam parçada.

İz qoymaq istəyir gəlib-gedənlər, Biri xeyir yazır, biri şər yazır. Şeytanın sözünü nifrət edənlər, Allahın sözünü sevənlər yazır.

2003, 8 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.