Allahın işinə qarışma
Qəlbinə toxunma, dünya dağılar, Ovutmaq çətindi küsən şairi. Hər kövrək misranın, hər sətrin üstə, Nanə yarpağı tək əsən şairi.
Haqqın, həqiqətin eşqinə çağır, Şirin görüşlərin köşkünə çağır, Ağır döyüşlərin məşqinə çağır, Sözü qılınc kimi kəsən şairi.
Onun bostanına hər atılan daş, Bir yıxılan evdi, bir kəsilən baş. Qarışma Allahın işinə, qardaş, Nə mən yaratmışam, nə sən şairi.
2006, 21 avqust