Allahın adı ilə
İbtidada "əlif" - Allah, "Be" - birliyə dəlalətdi. "Te" - təkdi, vahidi-yekta, Arif bu elmə bələddi.
"Se" - sabitdi doğru yola, "Cim" - ucadı, bax calala, "He" - mehribandı halala, Münkir ondan xəcalətdi.
"Xe" - birdi xaliqi-əkbər, "Dal" - doğru doqquz fələklər, "Zal" - zikr eylə dildə əzbər, "Re" - rəsulumuz Əhməddi.
"Ze" - zəbanı aç xudaya, "Sin" - salam et, getməz zaya, "Şin" - şövq elə o mövlaya Qeyri-söhbət məsiyyətdi.
"Sad" - səbri-Şahi-Heydərə, "Zad" - zərbin vurdu Əntərə, "Ta" - tərif çıxdı göylərə, Ağam kani -şücaətdi. "Za" - zülm edəcək düşmənə, "Eyn" - həyati-çeşmanə, "Ğeyn" - ğül-ğüli-dövranə, "Fe" - fəna, "qaf" - qiyamətdi.
"Kaf" - "kun" ilə tutub qərar, "Lam" - lal, necə hesab verər?! "Mim" - möminə yol göstərər, İsmi-paki Məhəmməddi.
"Nun" - nida eylər hər zaman, "He" - hamıya yetər fərman, "Vav" -vay deyər, yatma, oyan, Sanma səhni-zərafətdi.
"Ye" - yekdi adil padişah, "Lam-əlifla" - birdi Allah. Ələsgər, tutduğun günah Bağışlansa, çox hörmətdi.