Əsas məzmuna keç

Qoşabeyt

Allaha qaytarmaq üçün

Zəlimxan Yaqub

1

Tanrı gücü, Allah eşqi, Yaradana inam gərək, Təkcə külüng bəs eyləmir qayaları yarmaq üçün.

Bizə Loğman ömrü gərək ömürləri uzatmağa, Bir şeytanın fəndi yetər min ümidi qırmaq üçün.

Ruhumda bir dönməz ərlik, qanımda bir səfərbərlik, Yol gedirəm Yaradanın dərgahına varmaq üçün.

Çılğın, qaynar bir həyatam, ömrüm boyu narahatam, Allahdan aldığım ömrü Allaha qaytarmaq üçün.

2000, 7 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.