Allah yaxşıları sevir
Bölgədirsə – bu bölgəyə ölkə demə, Ölkədirsə – bu ölkəyə bölgə demə. Ulduzu var, Günəşi var, Ayı varsa, İşığına işıq söylə, kölgə demə.
Ocaqdırsa – közünə bax, kömür demə, İmamdırsa – Yezid demə, Şümür demə, Düzü tərsə, xeyri şərə yoza-yoza, Yaşadığın bir həyata ömür demə!
Göy üzündə bulud varsa, Günəş də var, Qəlbimizdə qar-buz varsa, atəş də var. Qara torpaq başdan-başa qanqal deyil, Sünbül də var, zəmi də var, küləş də var.
Dili bir az yaxşılığa çevir, bala, Allah özü yaxşıları sevir, bala, Haqqı görsən, başın üstə bayraq eylə, Nahaq görsən, yıx taxtının devir, bala.
2003, 21 may