Əsas məzmuna keç

Heca şeiri

Allah verir

Zəlimxan Yaqub

1

Baharın da, qışın da ixtiyarı ondadı, Ömrə çökən payızı, xəzanı Allah verir. Harda dəniz, harda dağ, harda səhra yerləşib, Yer üzünə qaydanı, mizanı Allah verir. Vəhy gəlir Peyğəmbərə, ilham gəlir şairə, Göydən yerə ensə də, yerdən göyə qayıdır, Məscidə, minarəyə əzanı Allah verir. Tamahının əsiri, nəfsinin qulu insan, Günahı sən tutursan, cəzanı Allah verir.

2002, 9 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.