Allah vergi verəndi
Təbiəti yağıştək hopduranda canına, İnsanın ürəyində nurlu bir aləm olur. Zəngulə də, layla da, pıçıltı da, nərə də Bir canda qərar tutub, bir ürəkdə cəm olur.
Cansız heç nəyi yoxdur bu can alan Allahın, Yaratdığı nə varsa hər varlığın canı var. Yağışın da, qarın da, dolunun da, şehin də, Dünyanı çalxalamaq, durultmaq imkanı var.
Bu, Tanrı fürsətidi, şair, vermə əlindən, Çöllərindən bərəkət, tellərindən dən götür. Allah vergi alan yox, Allah vergi verəndi, Hər kəsə bir pay verir, ilhamı da sən götür.
2009, 10 avqust