Allah utandırmaz
Nə çoxdu Tanrının şah əsərləri, Yazmaqla qurtarmaz, deməklə bitməz. Duymasa gördüyü gözəllikləri, Şairin səsini Allah eşitməz.
Allahın səsini eşidən şair, Dünyanın şəklini gözünə çəkər. Uca Yaradanın yaratdıqları, Nə varsa hər şeyi özünə çəkər.
Əbədi nur kimi alışar-yanar, Doğan bir Günəşdi, boşuna yanmaz. Allah utandırmaz sevən şairi, Allahın yanında şair utanmaz!
Yalta, 2010, 21 iyun