Əsas məzmuna keç

Gəraylı

Allah seçib

Zəlimxan Yaqub

1

Bir qız gördüm, yanağına Çiçək dedim, çiçək dedim. Gözəlliyin sağlığına, İçək dedim, içək dedim.

Gözündəki oda qurban, Dilindəki dada qurban. Ata verən ada qurban, Mən adına “Göyçək” dedim.

Öz başları, öz əlləri, Od dilləri, köz əlləri, Allah seçib gözəlləri, Biz də sevək, seçək dedim.

2005, 23 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.