Allah kəssin qürbəti
Bir qəribin dilindən
Allah kəssin qürbəti, Ara yerdə öləni, Atılıb itəni var. Qərib torpaq, yad toxum, Nə sağlam böyüyəni, Nə sağlam bitəni var. Ağrıyıb sızlayanda Nə dada çatanı var, Nə haya yetəni var. Ömrü boyu qəribi Bircə fikir göynədir: Ölüm gəlib çatanda Rahat uyumaq üçün Desinlər torpağı var, Desinlər Vətəni var.
2006, 9 avqust