Allah-allah den, qazilər
Allah-Allah den, qazilər, Ğazilər deyən şah mənəm, Qarşu gəlin, səcdə qılın, Ğazilər deyən şah mənəm.
Uçmaqda tuti quşuyam, Ağır ləşgər ər başıyam, Mən sufilər yoldaşıyam, Ğazilər deyən şah mənəm.
Nerdə əkərsən, bitərəm, Xanda çağırsan, yetərəm, Sufilər əlin tutaram, Ğazilər deyən şah mənəm.
Mənsur ilə darda idim, Xəlil ilə narda idim, Musa ilə Turda idim, Ğazilər deyən şah mənəm.
Qırmızı taclı, boz atlı, Ağır (bir) ləşgər nisbətli, Yusif peyğəmbər sifətli, Ğazilər deyən şah mənəm.
Xətayiyəm, al atlıyam, Sözü şəkərdən datlıyam, Murtuza Əli zatlıyam, Ğazilər deyən şah mənəm.
Lüğət: Uçmaq – behişt; Sufi – səqərlat – sufilərin geydiyi yun paltar