Əsas məzmuna keç

Heca şeiri

Alçağa nəsihət

Zəlimxan Yaqub

2

Şərik olma heç kəsin sevincinə, qəminə, Getmə yaxının, yadın toyuna, matəminə. Alçaqlıq eyləməkçün fürsət keçir çəminə, Qəm üstünə qəm gətir, dərdi dərdə qalaq vur!

Bu qədər ki, hərissən sərvət üçün, zər üçün, Xalqa zəhər verirsən, bir damla şəkər üçün. Əsirgəmə ömrünü böhtan üçün, şər üçün, Bəslə bəd əməlləri, bir-birinə calaq vur!

Qıfıl ol ağızlara, qandal ol həvəslərə, Dodaq çevir, ağız büz ilahi nəfəslərə, Həmfikir ol hər zaman haqqı danan kəslərə, Haqq yolu gedənlərə gündə bir badalaq vur!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.