Alaq otu hardan çıxdı?
Gülüm, qaratikan bitdi, İki gülün arasında. Alaq otu hardan çıxdı, Cüt sünbülün arasında?
Neçə dağlar, dərələr var, Haraylar var, nərələr var. Qarlı dağlar, dərələr var, İçlə çölün arasında.
Yanaq zərin içindədi, Buxaq tərin içindədi. Tül məxmərin içindədi, Məxmər tülün arasında.
Oynadım məxmərlə, tüllə, Açıldım hər açan güllə. Sevgi durur o könüllə, Bu könülün arasında.
2000, 6 mart