Al qandır6
Qopdu ay, gün yerindən, qaldı qiyamət ayağa, Uyğulu gözümü açsam, cahan üzü al qandır.
Dedim: «Könül, qoşul elə, çıx tiğ alıb savaşa», Naz eyləyib gəldi ol yar, dedi: «Qaşım kamandır».
Qafil olma, adəm oğlu, bir gün ömrün var sənin, Ötsə igidlik fəsli, gündə yüz min ərmandır.
Gündə yüz vəqt ərz edib, qaydıb almazsan onu, Ötürməgil qafil başdan, əsən şəmal dövrandır.
Hər bir işə baş qoşub, alma elin xahişin, Ta ömür axıb gedərmiş, hər qədəmdə ziyandır.
Pünhan sirrin əyan edib, Fəraqi dedi dərdini, Ellərim alqış oxuyar, bildim, dərdə dərmandır.