Əsas məzmuna keç

Heca şeiri

Ağsaqqal deyir

Zəlimxan Yaqub

1

El gözü tərəzi, el dili ustad, Onun tək düz görən göz ola bilməz. Hər kəsə ad verir işinə görə, Verdiyi qiymətə söz ola bilməz. O çox yaxşı seçir ağı qaradan, Gözünün nurudur yazan, yaradan. O kimi sevirsə yurdu, məskəni Ən böyük, ən təmiz ürəklər olur. Ləkəsiz aynada, təmiz ürəkdə Təmiz də arzular, diləklər olur. Çoxları qocalır, o ucuzlaşıb Hər saç ağardana ağsaqqal demir. Lap qara dönsə də saçı-saqqalı, Avama, nadana ağsaqqal demir. Neçə imtahanda çəkir sınağa, Duyana, qanana ağsaqqal deyir. Böyük bir millətin, böyük bir elin Oduna yanana ağsaqqal deyir. Vətənin eşqini, xalqın səsini Müqəddəs sanana ağsaqqal deyir!

1972, 6 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.