Əsas məzmuna keç

Sərbəst şeir

Ağrıya sözüm

Zəlimxan Yaqub

1

Heç nəyi görmək istəmirsən, Gözündə bir korluq var. Heç nəyi eşitmək istəmirsən, Qulağında bir karlıq var. Heç nəyi duymaq istəmirsən, Qəlbində bir darlıq var. Heç nəyi dərk etmirsən, Unutma ki, səndən yuxarıda Əbədi bir varlıq var. Nəsə səndən şübhələnmişəm, Sənin ruhunda Allahın xəbəri olmayan Bir saxtakarlıq var!

2011, 22 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.