Ağrıya sözüm
Hələ ki, meydanı sənə vermişəm, Qəm çilə, qəm çilə, qəm çilə görək.
Yağdır başım üstə göz yaşlarını, Nəm çilə, nəm çilə, nəm çilə görək.
Ağrılar əlində üzüləndə can, Nə axşam qəlb açır, nə sökülən dan, Damcıla, damcıla, damcıla görək.
Ögey övlad kimi at məni döşə, Döşə, əllərindən nə gəlir döşə. Mən çılpaq bədənəm, sən yağlı köşə, Qamçıla, qamçıla, qamçıla görək.
2006, 8 avqust