Əsas məzmuna keç

Qoşma

Ağrılar kök atar yanan ürəkdə

Zəlimxan Yaqub

1

İllərlə içimdə gəzən ağrının Vurdu bir parçası qırağa çıxdı. Köksümdə qalanıb yatan tüstülər Gözümdə alışan çırağa döndü.

Toxumlar cücərməz donan ürəkdə, Ağrılar kök atar yanan ürəkdə. Nə ki dərd var idi yanan ürəkdə, Süzüldü hamısı varağa çıxdı.

Həyat! Olduğutək görmədik onu, Aldatdı gözləri paltarı, donu. Hayana qaçsa da, hamının sonu Bir bezə, kəfənə, bir ağa çıxdı.

Almaniya, Münster şəhəri, 2008, 15 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.