Əsas məzmuna keç

Heca şeiri

Ağrılar

Zəlimxan Yaqub

1

Gör bir canın neçə-neçə ağrısı var, Baş ağrısı, diş ağrısı, döş ağrısı. Hər fəsildə bir cür ağrı, bir cür əzab, Yaz ağrısı, yay ağrısı, qış ağrısı. Ürəkləri gör nə qədər gücə salır Damla-damla gözdən axan yaş ağrısı. Minbir arzu, minbir dilək şikəst edir Ömrün-günün minbir dərdə tuş ağrısı.

2002, 13 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.