Əsas məzmuna keç

Heca şeiri

Ağrılar

Zəlimxan Yaqub

1

Qardaş, ürək polad deyil, Qardaş, ürək dəmir deyil. Biz çəkəni it çəkməsin, Ömrümüz bir ömür deyil. Bir az candı, bir az nəfəs, Bir az ruhdu, bir az qəfəs. İnsan oğlu necə dözsün? Qaya deyil, mamır deyil. Baş qaldırır min ağrının, Min təlaşın ağrıları.

Dərd əlindən açmaq olmur, Ürəkləri qəm yandırır. Kirpikləri yaş isladır, Yanaqları nəm yandırır. İnsanı baş-başa verib, Zülm ilə sitəm yandırır. Min ürəyə zərbə vurur, Bir insanın gözlərindən, Axan yaşın ağrıları.

Yük götürdüm, qəm yüklədim, Dərd daşıdım, kədər çəkdim. Bəlkə də lap nahaq imiş, Çəkdiyimi hədər çəkdim. Qardaş, nələr çəkmişəmsə, Qırx altıya qədər çəkdim. Hələ mənə tanış deyil, Əlli yaşın ağrıları.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.