Əsas məzmuna keç

Qoşma

Ağrı

Zəlimxan Yaqub

1

Nələr çəkdik dünya sənin əlindən, Sinəmizin düyünü çox, dağı çox. Bəxtimizin ağlığına inanma, Saçımızın qarası az, ağı çox.

Canımızı dərdin odu yandırır, Zodluların gücü, zodu yandırır. Dilimizi dedi-qodu yandırır, Ömrümüzə qənim çoxdu, yağı çox.

Su istədi yananların bağrı, su, Ağrı Vətən, ağrı Torpaq, ağrı Su. Qananların ürəyinin ağrısı, Nadanların ürəyinin yağı çox.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.