Əsas məzmuna keç

Heca şeiri

Ağlı başdan alan səs

Zəlimxan Yaqub

1

Çağır məni, gəlim sənə qoşulum, Səhər-səhər şah budaqda ötən quş.

Bülbülsənmi, qumrusanmı, quşsanmı, Zümzüməylə axıb gedən susanmı, Səsi qalxıb fələklərə yetən quş.

Bir anlığa kaş Süleyman olaydım, Kəlmə-kəlmə anlayaydım dilini. Bir biləydim oxuyursan nədən, quş?

Səs deyil ki, səsdə ruhdu oxuyan, Sənsən yenə ağlı başdan alanım, Mənəm yenə ağlı başdan gedən, quş!

Yalta, 2010, 23 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.