Ağlaram
Ey yaranlar, puç ömrüm Keçdi deyib ağlaram. Getdi ağlım yerindən, Çaşdı deyib ağlaram.
Gedən dönməz yolundan, Düşməz yaman felindən, Dəyanət xalq əlindən Uçdu deyib ağların.
Hazır bizim zamanda, Yaman sözlər zəbanda, Zülüm işlər cahanda Coşdu deyib ağlaram.
Bu əyyamda bədkarlar, Yüz dillə aldadarlar, Hanı neçə dildarlar, Keçdi deyib ağlaram.
Neçə-neçə tay-tuşlar Şeytan biliyin başlar, Üz çevirib qardaşlar, Qaçdı deyib ağlaram.
Görün fələyin oynun, Üzər alimin boynun, Neçə canlar yer qoynun Qucdu deyib ağlaram.
Məxdumqulu der mərdə, Dünya bənddir, tən pərdə, Bir başım sansız dərdə Düşdü deyib ağlaram.