Əsas məzmuna keç

Gəraylı

Ağlar gördüm bir ananı

Zəlimxan Yaqub

2
Teleekranda fələstinli bir ana saçlarını yolub ağlayırdı

Zirvələr əysin başını, Üfüqlər çatsın qaşını, Bulud töksün göz yaşını, Göy ağlasın, sən ağlama!

Tap oğlunu, tap yarını, Ərit həsrətin qarını. Qatillərin vüqarını Əy, ağlasın, sən ağlama!

Qayğıları zaman çəksin, Dağ daşısın, duman çəksin, Naləsini kaman çəksin, Ney ağlasın, sən ağlama!

Hanı oğulların, hanı, Sellər kimi axdı qanı, Tale döysün ağladanı, Hey ağlasın, sən ağlama!

Haqqın səsi qoyma susa, Qəm sevinci dardan asa, Şərin toyu dönsün yasa, Qoy ağlasın, sən ağlama!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.