Əsas məzmuna keç

Qoşma

Ağladı

Zəlimxan Yaqub

1

Mat qaldım, şahımın kəsildi yolu, Evim yasa batdı, xanam ağladı. Dediyim arzuya çata bilmədim, Gözləri yolçəkən sonam ağladı.

Bəxtimə bənzətdi nənəm sacını, Göynətdi bu kəlmə qardaş-bacını. Duyanda çəkdiyim ağrı-acını, Atam hirsləndi, anam ağladı.

Qarlı qışa döndü gözümdə aləm, Sandım, təkcə mənəm qismətində kəm. Yaxşıca taladı Zəlimxanı qəm, Şair gözlərində inam ağladı.

1973, 3 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.