Ağladı
Çiyində bir tabut getdi, Tabutda bir sükut getdi. Sükutda bir umut getdi, Karvanım, köçüm ağladı.
Su batdı, arxım yasdadı, Çevrilən çarxım yasdadı, Yeddimlə, qırxım yasdadı, Ağladı, üçüm ağladı.
Dözəmmədi haqq-hesaba, Varlığım döndü əzaba. Əli çatmadı savaba, Günahım, suçum ağladı.
Ahımdan dağ-daş qaynadı, Ayaq yandı, baş qaynadı, Gözlərimdə yaş qaynadı, Başımda saçım ağladı.
2001, 27 aprel