Əsas məzmuna keç

Bayatı

Ağılar

Zəlimxan Yaqub

2

Ağılar, ay ağılar, Dərdim çətin dağılar. Min yerdən sinəm üstə Dağlar çəkdi yağılar.

Çox alıb yaram zədə, Almadı haram zədə? Göz açmağa qoymadı, Oxladı haramzadə.

Nəs aydı, Çox nəs gündü, nəs aydı. Mən nə saymaq istədim, Gör bir fələk nə saydı.

Yol gedəm Ərdəbilə, Dağ çəkəm dərdə, bilə. Mən çalam, yar oxuya – Sim bilə, pərdə bilə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.