Əsas məzmuna keç

Heca şeiri

Ağaclar

Zəlimxan Yaqub

1
Dünyanın heç bir ölkəsində Amerikadakı qədər nəhəng ağaclar görməmişəm

Elə bil göylərə meydan oxuyur, Qarlı zirvələrlə bu tən ağaclar. Kökü qayaların qatından keçən, Başı fələklərə yetən ağaclar. Maşınla keçirik göy meşələrdən, Bir-bir xəyalımda dağtək canlanır, Bir-bir gözlərimdən itən ağaclar. Bir yarpaq salsalar qiyamət qopar, Vətənin özütək müqəddəsləşib, Bu torpaq ağaclar, vətən ağaclar. Kökü torpaq olar, qır ola bilməz, Cılız ola bilməz, cır ola bilməz, Belə bir ölkədə qayğılar görüb, Belə bir ölkədə bitən ağaclar.

2001, iyun Vaşinqton

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.