Əsas məzmuna keç

Heca şeiri

Ağaca çiçək ver, çiçəyə bar ver

Zəlimxan Yaqub

1

Bulağı gözündən eyləmə, Tanrım, Gözü qurudusa, kor deyəcəklər. Ocağı közündən eyləmə, Tanrım, İşığı söndüsə, qor deyəcəklər.

Duyğusuz, təpərsiz eyləmə, Allah, Təpərsiz ürəyə boş deyəcəklər. Sinənin altında qanadlanmasa, Adına ürək yox, daş deyəcəklər.

Heç kəs qurumasın kökünün üstə, Ağaca çiçək ver, çiçəyə bar ver. Ürək yaşamaqda, könül həvəsdə, Hər ömrə əbədi bir yadigar ver.

2004, 25 iyul Truskavets

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.