Afərin, ey sanei-tənpərvəri-canafərin
Afərin, ey saneyi-tənpərvəri-canafərin! Xaliqül-əşya, ilahül-xəlq, rəbbül-aləmin!
Mübdi’i-asari-qüdrət, əqdi-peyvəndi-vücud, Zabiti-ərkani-fitrət, nəqşbəndi-maü tin.
Ey səmumi-sətvətin tə’siri, niyrani-cəhim Vey səhabi-rəhmətin siyrabi firdövsi-bərin.
Qüdrətin gülzarına bir səbzə Sidrül-müntəha, Hikmətin şəm’inə bir pərvanə Cibrili-əmin.
Sün’in eyvanında bir qəndil dövri-asiman, Sən’ətin dibaçəsində bir vərəq ruyi-zəmin.
Dərgəhi-tə’zimü təkrimində aləm kamcuy, Xərməni-ehsanü əltafində Adəm xuşəçin.
Ərseyi-idraki-fövzi-rif’ətin darül-əman, Rişteyi-ümmidi-feyzi-rəhmətin həblül-mətin.
Xakdən hər zərrə tə’yidinlə bir cismi-lətif, Abdan hər qətrə tövfiqinlə bir dürri-səmin.
Ol əmimül-feyzi-mün’imsən ki, feyzi-şamilin Rizq təqsimində qılmaz imtiyazi-küfrü din.
Vadiyi-dərkindədir sərgəştə fəhmi-tündseyr, Mülki-tövhidindədir məhsur əqli-durbin.
Elmi-irfanında hər kim tizbin olmuş, vəli Hiç şək yoxdur kim, ol idrakı həsr etməz yəqin.
Iqtizayi-hikmətin izhari-qüdrət qılmağa, Ixtilafi-təb’ ilə əzdadi etmiş həmnişin.
Hadisati-ixtilafi-dövrdən görməz xələl, Kimə kim, mə’mureyi-hifzin ola hisni-həsin.
Hiç kim cürm ilə dərgahından olmaz naümid, Səndən istər kam, əgər risva, əgər xəlvətnişin.
Sənsən izhar eyləyən mə’şuqə aşiq şövqünü, Aşiqi sənsən qılan mə’şuqə şövqilə həzin.
Nəş’eyi-eşqinlədir Məcnun sürudi dərdnak, Pərtövi-hüsnünlədir Leyli cəmali nazənin.
Padişaha, iqtiyazi-hikmətin tənbih edib, Gərçi hura rövzeyi-taata qoymuşdur cəbin,
Taətin eylər Füzuli taqət olduqca, vəli Hirs ilə nə rövzeyi-rizvan dilər, nə huri-eyn.
Huri-eynü rövzeyi-rizvan həvayi-nəfsdir, Nəfsdən keçmişdir ol, səndən riza istər həmin.
* * *
Lüğət: Əmin – inanılmış, mötəbər; Zəmin – asiman – yer-göy; Darül – əman – sığınacaq yeri; Vadiyi – ğəm – qəm səhrası; Sərgəştə – avara, çaşqın, pərişan; Məhsur – hasarlanmış, mən olunmuş; Durbin – uzaqgörən; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Təb – qızdırma; Həmnişin – yoldaş; Hisni – pənahində – pənah qalasında; Sürud – nəğmə Ş; Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Leyl – gecə; Rizvan – behiştin xəzinəsi, cənnət; Eyn – göz; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə