Adəm və mən
Ata tərəfdən Adəmə qohumam, Ana tərəfdən Həvvaya. Məni də yaratdılar, Can-ciyər eylədilər, Oda, suya, havaya.
Qardaşlarım qardaş qanı tökdülər, Habillə Qabilin xatası Məni də saldı Qana, qırğına, davaya.
Adəmin yediyi buğda Məni də salıb çöllərə, Hər bir yurda sahibəm, Hər bir isti yuvaya.
2006, 14 fevral