Aclıq
Zirvələrdən doymaq olmur, qardan papaq, günəşdən tac, gözəlliyə gözlərim ac. Hey gəz deyir, dolan deyir bu yastana, bu yal-yamac, gözəlliyə gözlərim ac. Səhər yeli, dağ havası, ruha məlhəm, dərdə əlac, gözəlliyə gözlərim ac. Sığın palıd kölgəsinə, bax meşələr ölkəsinə, Beşiyimiz, tabutumuz min bir adda min bir ağac, gözəlliyə gözlərim ac. Yaşıllıqdan doymaq olmur, Toxuculuq dərsi keçir. Min bir xalı, əriş-arğac, gözəlliyə gözlərim ac. Yaradanın yaratdığı gözəl olan hər nə varsa, Ürək təşnə, könül möhtac, gözəlliyə gözlərim ac. Min il gəzsəm, min il yazsam, Tanrı əgər versə rəvac, Yenə doydum deyəmmərəm, gözəlliyə gözlərim ac.
2006, 5 fevral