Əsas məzmuna keç

Gəraylı

Acizlik

Zəlimxan Yaqub

1

Buz içində dondurdular, Od vurdular, yandırdılar, Dönə-dönə sındırdılar, Dəmir neyləsin, neyləsin?

Kim itirən, kimi tapan, Yola gəlmir yoldan sapan. Küt eylədi kündə yapan, Xəmir neyləsin, neyləsin?

Axan gözlərin yaşıdı, Ağrı başların daşıdı. Kababı çəkən naşıdı, Kömür neyləsin, neyləsin?

Dağla düzün arasında, Qaşla gözün arasında, Birlə yüzün arasında, Ömür neyləsin, neyləsin?

Yelə sovrulub xırmanı, Yoxdu bu dərdin dərmanı. Şah yüz də versin fərmanı, Əmr neyləsin, neyləsin?

2005, 1 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.