Acı həqiqət
Səni ucaldacaqlar, sən özündən əvvəli uca tutduğun qədər. Səni unudacaqlar, öz kökünü, soyunu sən unutduğun qədər. Zamanın səndən ötrü ürəyi buz, bağrı daş, Tarix çox qocalanda çatmaz köməyə, yaddaş. Qarşıdadır nə qədər İmtahanlar, sınaqlar, Çıxmasan o sınaqdan, səni unudacaqlar!
Tarixdə tarix boyu yalanı çox danışıb, doğrunu az deyiblər. Çoxlarını unudub, hədər yerə adına “unudulmaz” deyiblər. Yüz də yansın-alışsın, səngiyəcək sevgilər, soyuyacaq ocaqlar. Unutma, unudulmaz acı bir həqiqəti, səni unudacaqlar!
Qurudub sularını, kəsəcəklər çayını, kəsəcəklər arxını. Çərxi-fələk tərsinə fırladacaq çarxını. Sonra bir az yaş töküb verəcəklər üçünü, verəcəklər qırxını. Bir də açılmayacaq gəlişini gözləyən isti qollar-qucaqlar, Oğulsan unudulma, səni unudacaqlar!!!
2003, 23 aprel