Açmır ürəyimi açılan səhər
Mənim yanağımda gördüyün çapıq, Gözümdən tökülən yaş yarasıdı. Mənim ürəyimdə duyduğun ağrı Düşmənin atdığı daş yarasıdı.
Açmır ürəyimi açılan səhər, “Əcəl köhlənində hazırdı yəhər”1. Bu gün içərimi yandıran zəhər, Nə vaxtsa yediyim aş yarasıdı.
Doldurub ağını, içirib tası, Kəmfürsət hamıya çəkdirib yası. Ucalar həmişə baş ucaldası, Alçaqlar həmişə baş yarasıdı.
2002, 27 yanvar · 1 Misra Məshəti Gəncəvinindir.