Əsas məzmuna keç

Qoşma

Abdulla

Məxdumqulu Fəraqi

1

Mazandaran sənin məkanın, yurdun, Ol məkanın sən sultanı, Abdulla. Bəlkə nəsib oldu ruyini gördüm, Ol bağların sən reyhanı, Abdulla.

Qulluğa möhtacdır Bağdadu Turan, Arxası Arxaçdır, qabağı İran, Firəngdə, Rumda çox adını soran, Bulğarın gövhəri, kanı, Abdulla.

Bulğar şahı sənə yolladı xətti, Tanrım bəxş eyləmiş sənə rəhməti, Fatə verər Məhəmmədin ümməti, Həyat çeşməsinin canı, Abdulla.

Sənə zardır Ərəbistan, Hindistan, Nərəndən titrəyər bütün Türküstan, Yolladı çox sovqat dağlı, Gürcüstan, Əfqan xəlifənin şanı Abdulla.

Sifətin oxşayır Rüstəmi-Zala, Baş qoşdunuz Xədicə tək zülala, Altmış oğlan tutub birər piyalə, Bu cahanın sən pəlvanı, Abdulla.

Hökmündən titrəyər Türküstan şahı, Sənə möhtac xanı, bəyi, gədası, Bir sözünün vardır min bir duası, Mən qoşuram bu dastanı, Abdulla.

Fəraqi tanrının günahkar qulu, Heç kimsə bilməyir nədir iqbalı, Sən çoxdan qucursan huri camalı, Dövrəndə igidlər hanı, Abdulla.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.