Ab lövhi üzrə çəkmiş mövcdən mistər səba
Ab lövhi üzrə çəkmiş mövcdən mistər səba, Səbzədən nəql etməyə vəsfi-xəti-dilbər səba.
Almaq içün qiymətilə səbzədən şəbnəm dürin, Yasəməndən sim tökmüş, ya səməndən zər səba.
Ağzın əsrarın dilər faş edə, açıb qönçəyi, Gör nə rəng ilə qılır izhar hər müzmər səba.
Əncümənlər seyr edib nəsrin bəyazın gəzdirir, Hüsni-xülqində dürüst etmək dilər məhzər səba.
Infial etmiş məgər sür’ətdə Rəxşindən sənin Kim, gəzər məxfi, görünməz kimsəyə michər səba.
Axtarıb bulmaq dilər vəsfi-rüxün kim, müttəssil Nüsxeyi-gülbərg övraqın qılır əzbər səba.
Abgun tiğincə olmaz, bunca daim kim verür Tiği-abi-cuyibarə mövcdən cövhər səba.
Ayağın toprağını yerdən alır tə’zim ilə, Qaliba düzmək dilər başına bir əfsər səba.
Eşidibdir, qaliba, qəddinlə şəm’in bəhsini, Hər qaçan gördiysə eylər şəm’ə qəsdi-sər səba.
Asitanında müqim olmağa bulsaydı qəbul, Həq bilir, olmazdı sərgərdani-bəhrü bər səba.
Asimanə qədrlə çıxsa nə hasil, çün degil Ona qabil kim, ola qapında xaki-dər səba.
Atəşi-bidadə göymüşdür, olubdur dadxah, Gördüyü yerdə saçar başına xakistər səba.
Abi-dərya üzrə gəh Ilyasvəş seyran edər, Gah eylər məskən Ibrahimtək azər səba.
Oddan afət görməzü sudan zərər, guya qılır Qanda olsa iqtidai-şər’i-Peyğəmbər səba.
Əhmədi-mürsəl ki, fərmanbər Süleymandır ona Eylə kim, gördü Süleyman oldu fərmanbər səba.
Ol şahənşəh kim, rizasilən gəzər hər qanda var, Gər şimalü gər dəburü gər cənubü gər səba.
Ey güli-baği-rüsül, bir tazə gülşəndir qapun Kim, dəmi-Cibrilə ol gülşəndə tə’n eylər səba.
Istəyib bulmaz qapun feyz almaq içün, müttəsil Qanğı gülşən seyrinə girsə çıxır müztər səba.
Ilətir xaki-dərini zərrə-zərrə gülşənə, Qılmaq içün tutiyayi-dideyi-əbhər səba.
Atəşi-bidad ilə aləm yanar, gər qılmasa Ədlini şaye’, gəzib hər dəm yedi kişvər səba.
Olduğiçün düzdtək pünhan girüb güşənlərə Bisəbəb rəxti-gülü nəsrinə qarətgər səba,
Öz günahinə şəfaət istəyib, fəryad edib Çizginür xaki-məzarin üzrə ta məhşər səba.
Etməzsəm tərki-təmənnayi-təvafin çıxsa can, Xak həm olsam qübarimni sənə iltər səba.
Açmış ümmidi-rəhi-vəslin dili-pürxunimi, Eylə kim əsli-bahar açar güli-əhmər səba.
Eylə incəldim, zəif oldum ki, xaki-kuyinə Qabiləm xaşaktək olsa mənə rəhbər səba.
Iltimasım bəxtdən oldur ki, cari hökm ilə, Ta rəyahinə çəmən mülkündədir sərvər səba,
Ola nə’tindən Füzulinin kəlami dilpəzir, Eylə kim, güldən bulur ənfasi-canpərvər səba.
* * *
Lüğət: Sim – gümüş; Əsrar – sirlər; Faş – zahirə çıxmaq, məlum olmaq; Müzmər – gizli; Əncümən – yığıncaq; Bəyaz – ağ; Hüsni – göftar – söz gözəlliyi X; Məhzər – şahid; Michər – aşkar; Abi – rəvan – axar su, çay; Əfsər – tac; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Qabil – qabiliyyətli, ağıllı; Xaki – tirə – qara torpaq; Dər – qapı; Atəşi – bim – qorxu odu; Dadxah – şikayətçi; Xakistər – kül; Azər – od, atəş; Afət – bəla, gözəl; Qanda – harada; Dəbur – qərbdən əsən külək; Güli – rə’na – qırmızı rəna çiçəyi; Dəmi – sərd – soyuq ah; Qanğı – hansı; Müztər – çarəsiz N; Əbhər – nərgiz çiçəyi; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Kişvər – ölkə, məmləkət; Pünhan – gizli; Rəxt – paltar; Can – ruh, bədən; Xak – torpaq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Əhmər – qırmızı; Sərvər – başçı; Dilpəzir – ürəyə yatan, xoşagəlim; Canpərvər – ruh oxşayan