Əsas məzmuna keç

Təcnis

A yüzə tək-tək

Aşıq Ələsgər

1

O sərxoş yerişin, bu sallanışın Yetirdi dərdimi a yüzə tək-tək. Camalın şoxundan ağlım dağıldı, Əfşan eylə zülfün ay üzə tək-tək.

Məskən saldım astananda, dərində*, Dost bağını becərin də, dərin də. Gövhər olar dəryalarda dərində, Onu qəvvas çəkər ay üzə tək-tək.

Ələsgərin az ömrünü üz Gilə! Sona sənsən, dəryalarda üzgilə.** Bir salxımda peyvəst olub üz*** gilə, Kamil bağban gərək ay üzə tək-tək.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.