Əsas məzmuna keç

Təcnis

A yara məndən

Aşıq Ələsgər

1

Müxənnət, seyraqub, xaini-xəbis Nə yaman qandırıb a yara məndən. Lənətullah, ləin, şeytani-iblis Nə dedi, dost kəsdi ay ara məndən.

Məcnun Leyli deyib, bu dağı bilər, İçən zəhrin dadın budu ağı, bilər, Gəzən ürəyimdə bu dağı bilər, Arayıb axtarsan, ay ara məndən.

Ələsgər, təqsirin oldu nə, ayə?** Kim inansın, qəsəm edim nə ayə? Bu ahım qalmasın ilə, nə ayə, Sağalmaz bu düyün, a yara məndən.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.