A Yaməndədi
Ahəngər deyiləm, naşı bəzirgan, Gözüm dürdanədə, a yaməndədi. Sinəmdədi eşqin şirin çeşməsi, Ləzzəti meyl edib ay əməndədi.
Bir sazım var, yox pərdəsi, nə simi, Onu çalıb, kim tərpədər nə simi?*** Firdovsi, Füzuli Hafiz, Nəsimi - Onlar da yazdığı, ayə, məndədi.
Kişi gərək zəhmət çəksin dər salsın*, Süfrə açsın, ad qazansın, dər salsın. Dərsi azlar Ələsgərdən dərs alsın, Altı min altı yüz ayə məndədi.