Əsas məzmuna keç

Təcnis

A yağa-yağa

Aşıq Ələsgər

1

Gəldi yaz ayları, həsrət çəkər xak, Deyər: - Neysan gələ a yağa-yağa! Lənət şeytana, - de, şər işdən əl çək, Şeytan səni salar ayaq-ayağa.

Səyyad dəryalarda alar cəng ələ, Həsrət çəkər: çiskin gələ, çən gələ. Əzrayıl sinəni çəkər çəngələ. Qəssal qəss eyləyər ay ağa, ağa.

Keçən zəncər gər erkəkdi, gər dişi*, Dəllək çağır, çəkdirəcən gər dişi. Qəzanın qədəri, çarxın gərdişi Sərsəri tez salar ayaq-ayağa.

Deyər Ələsgər, yaxşı deyil, aya, nə? Gizlin sirin nahaq saldın əyanə. Çırağın ki ilahidən a yanə, Ehtiyacın nədi a yağa, yağa?!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.