Əsas məzmuna keç

Təcnis

A yağa məni

Aşıq Ələsgər

1

Arif olan, bir od düşüb canıma, Əridib döndərir a yağa məni. Aşıq deyər, ay ağa, Yetiş dada, ay ağa! İllər xəstəsi canım, Yar gəldi, qalx ayağa! Ağa olan qulun salmaz nəzərdən Salma nəzərindən, ay ağa, məni!

Kamil ovçu, ovun görcək sin, ayə! Oxu dərsin əzəl başdan "sin", ayə! Aşıq deyər, sin ayə, Tər damlayan sinayə. Xəstənin gözü düşmüş Yetkin nar, tər sinayə. Ömr azaldı, vədə yetdi sinə, ayə! Bir gün də bükərlər, ay ağa məni.

Mənim yarım yaşıl geyib, İncidir, İncə beldə gümüş kəmər, inci, dür. Aşıq deyər, inci, dür, İnci-mərcan, inci- dür. Yaman övlad, bəd qonşu Qohum-qardaş incidir. Xəstə düşdüm, bu dərd məni incidir, Tut dəstimdən, qaldır ayağa məni!

Ələsgərəm, dada gəldi, budu yar, Bayquların məskənidi bu diyar. Aşıq deyər, budu yar, Gül bəsləyən bu* duyar. Canım sadağa verrəm, Qəbuldursa, budu, yar**! Al, xəncəri, bağrım başın, budu, yar, El içində salma ayağa məni.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.