A gözlər
Üzüldün, süzüldün məni görəndə, Nazlana-nazlana baxdın, a gözlər. Gah xəyala daldın, gah da oyandın, Qəlbimi odlara yaxdın, a gözlər.
Baxışın cəlladdı, tökdü qanımı, Unutdum özümü, öz vicdanımı. Apardın ağlımı, aldın canımı, Şimşəklərə döndün, çaxdın, a gözlər.
Süzgünlük bir adət olanda səndə, Əzilmək, sıxılmaq yarandı məndə. Amandı, könlümü yıxma deyəndə, Qaynar bulaq oldun, axdın, a gözlər.
1968, 22 aprel