Əsas məzmuna keç

Qoşma

A bivəfa, a bimürvət, nainsaf

Aşıq Ələsgər

1

A bivəfa, a bimürvət, nainsaf Keçən günlər heç yadına gəlməzmi?! Yoxsa unudubsan əhd-peymanı? Leyli Məcnununu yada salmazmı?!

Ayrılıq bizlərə oldu müqərrəm, Hicrandan ciyərim bağladı vərəm, Quldan xəta gələr, ağadan kərəm, Məşuq aşiqinə kərəm qılmazmı?!

Ələsgərəm düşdüm eldən avara, Axtardım, dərdimə olmadı çara. Bir iyidin əli yetməsə yara, Qocalıb, başına küllər olmazmı?

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.